SON XƏBƏR

Türkiyədən PUA-larla bağlı xoş xəbər: Kanadanın embarqosu mənasını itirdi

Oktyabr 06
16:07 2020
Türkiyə Prezidenti yanında Müdafiə Sənayesi başqanı İsmail Dəmir yerli və milli PUA-larda istifadə olunacaq "Milli Göz" adıyla tanınan HD gündüz-gecə kamera sistemi olan CATS-in kütləvi istehsalına başlanıldığını açıqlayıb.

Qaynarinfo xəbər verir ki, Dəmir bu haqda açıqlamasını Twitter hesabında paylaşıb. "Müdafiə Sənayemiz bloklama və embarqo qərarlarına əhəmiyyət vermədən yoluna davam edir", - deyən Dəmir "PUA-larımıza taxılıb istifadəyə veriləcək CATS kameralarımızın kütləvi istehsalına başlayır. Əməyi keçənlərə təşəkkürlər", - deyə yazıb.

Dəmir ASELSAN-ın daha yüksək bir model CATS kamerası üzərində işlərin getdiyini də qeyd edib.

Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəf Müəyyənləşdirmə Sistemi (CATS) HD gündüz/gecə kamerası Müdafiə Sənayesi Qurumunun koordinasiyası ilə həyata keçirilən Anka-S Layihəsi çərçivəsində yerli texnologiyanın ən yüksək səviyyəsindən istifadə edərək ASELSAN tərəfindən hazırlanıb. Türkiyə Müdafiə Sənayesi bloklama və embarqo qərarlarına əhəmiyyət vermədən yoluna davam edir.
 
Qeyd edək ki, dünən Kanada hökuməti Azərbaycan Silahlı Qüvvələrinin inventarında olan Türk Pilotsuz Uçan Aparatlarının Dağlıq Qarabağdakı döyüşlərdə istifadə olunması səbəbiylə Türkiyəyə silah embarqosu tətbiq etməyə qərar verib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook