SON XƏBƏR

Türkiyədə terrorçularla atışmada 2 polis əməkdaşı həlak oldu

May 03
02:33 2020
Türkiyədə terrorçularla polis arasında atışma olub.

Bu barədə "Report” Türkiyə mətbuatına istinadən xəbər verir.

Bildirilir ki, hadisə Bitlis əyalətində qeydə alınıb. Sehi bölgəsində polis əməkdaşları ilə terrorçular arasında baş verən atışmada iki asayiş keşikçisi həlak olub, hüquq-mühafizə orqanlarının daha dörd əməkdaşı yaralanıb.

Hazırda bölgədə antiterror əməliyyatı davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook