SON XƏBƏR

Türkiyədə terrorçular təhlükəsizlik qüvvələrinə hücum edib: ölən var

İyun 25
23:28 2017
Türkiyədə terrorçuların təhlükəsizlik qüvvələrinə qarşı hücumu zamanı 1 əsgər həlak olub.
 
"Report" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
 
Məlumatda bildirilir ki, hadisə Hakkari vilayətinin Çukurca rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə açdığı atəş nəticəsində 1 əsgər yaralanıb. O, Hakkari Dövlət Xəstəxanasına yerləşdirilsə də, həkimlər yaralının həyatını xilas edə bilməyiblər.
 
Silahlıların hansı terror qruplaşmasına mənsub olduqları açıqlanmır.
 
Faktla bağlı araşdırma aparılır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook