SON XƏBƏR

Türkiyədə terrorçu qruplaşmaların 543 üzvü tutulub

Aprel 13
13:41 2017
Türkiyənin 21 əyalətində keçirilən anti-terror əməliyyatları nəticəsində 543 şübhəli tutulub.
 
"Report” "Anadolu" agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslərdən 412-si terrorçu PKK-nın, 131 isə İŞİD qruplaşmasının üzvü olmaqda şübhəli bilinirlər.
 
Məlumata görə, onların yaşadıqları evlərdə aparılan axtarışlar nəticəsində çoxlu sayda silah-sursat və sənəd aşkarlanaraq götürülüb.
 
İnformasiyaya əsasən, anti-terror əməliyyatı aprelin 6-dan 12-dək keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook