SON XƏBƏR

Türkiyədə rus generalın məzarı tapıldı

Aprel 27
00:20 2017
Türkiyədə inşaat işləri zamanı rusiyalı generalın məzarı tapılıb.
 
Axar.az xəbər verir ki, rus generalın məzarı ölkənin şimal-şərqində yerləşən Ərdahan vilayətində üzə çıxıb.
 
Fəhlələr binanın bünövrəsinin tikintisi zamanı tabut aşkar ediblər. Dərhal əraziyə polis çağırılıb, yer mühasirəyə alınıb. Tapıntı yerinə gələn mütəxəssislər qırmızı çəkmələr geyinmiş insan skeleti aşkar ediblər.
 
Arxeoloqların sözlərinə görə, rus generalına aid qalıqlar 140 il əvvələ aiddir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook