SON XƏBƏR

Türkiyədə İŞİD-in üzvü olmaqda şübhəli bilinən 19 nəfər saxlanılıb

Aprel 12
03:19 2017
Türkiyənin hüquq-mühafizə orqanlarının əməkdaşları çərşənbə axşamı İŞİD-in üzvü olduqları ehtimal edilən 19 nəfəri saxlayıb. Onlar ölkə konstitusiyasına düzəlişlər üzrə referendumu pozmağa cəhddə şübhəli bilinirlər.
 
"Report" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti yazıb. Məlumata görə, 9 Türkiyə vətəndaşı və 10 suriyalı ölkənin İzmir əyalətində aparılan reydlər zamanı saxlanılıb. Polis əməkdaşları axtarışlar zamanı, həmçinin İŞİD-lə əlaqəli sənədlər, rəqəmsal materiallar və zirehli gödəkcələr aşkar edərək götürüblər. Saxlanılan şəxslərin hamısı İŞİD terror qruplaşmasının Suriyadakı üzvləri ilə əlaqədə olublar.
 
Türkiyədə referendum aprelin 16-da keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook