SON XƏBƏR

Türkiyədə həbsxanadan qaçan erməni yazıçı Türkiyə Cümhuriyyətinə necə kələk gəlməsindən danışdı

İyul 26
14:59 2017
Türkiyədə həbsxanadan qaçan erməni əsilli yazıçı Sevan Nişanyan müsahibə verib.
 
Qlobal.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, o, erməni KİV-nə açıqlamasında 12 gündür azadlıqda olduğunu deyib:
 
"Hazırda Yunanıstandayam. Siyasi sığınacaq üçün müraciət etmişəm. Həmişə Yunanıstanı özümə ikinci və ya üçüncü vətən bilmişəm. Həyatımın yeni dövrünü burada keçirsəm xoşbəxt olaram”.
 
Daha sonra yazar həbsxanadan necə qaçması barədə danışıb və bunun elə də çətin olmadığını söyləyib: "İki il plan qurdum, amma heç biri lazım olmadı. Yeridim, çıxdım”.
 
Sonda Nişanyan onu da qeyd edib ki, sığınacaqla bağlı prosedur tamamlandıqdan sonra Ermənistanı ziyarət etmək istəyir.

Xatırladaq ki, 61 yaşlı yazıçı 2014-cü ildə 9 ayrı maddə üzrə 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, iyulun 14-də həbsxanadan 1 günlük icazə ilə çıxsa da, geri qayıtmayıb.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook