SON XƏBƏR

Türkiyədə FƏTVA: Kişilərin saçlarını qara rəngə boyamaları qadağan edildi

Dekabr 02
11:39 2017
Türkiyədə kişilərin saç, saqqal və bığlarını qara rəngə boyamaları qadağan edilib.
 
"Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, müvafiq fətva Türkiyə Dəyanət İşləri İdarəsi tərəfindən verilib.
 
İdarənin dindarların suallarına ünvanladığı cavablarda bildirilir ki, saç, saqqal və bığların boyanması yalnız o halda mümkündür ki, məqsəd insanları aldatmaq olmasın.
 
Lakin qeyd olunur ki, İslam qaydalarına görə, kişilərin saçlarını qara rəngə boyamaları yolverilməzdir.
 
"Bu qəbuledilməz sayılır", - deyə materialda bildirilir.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook