SON XƏBƏR

Türkiyədə etiraz dalğası: CHP lideri yürüşə çıxdı

İyun 15
14:10 2017
Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu haqqında 25 il həbs cəzası verilən CHP millət vəkili, "Hürriyət" qəzetinin keçmiş redaktoru Enis Berberoğlunun həbsinə etiraz olaraq Ankaradan İstanbula yürüşə başlayıb.
 
"Qaynarinfo"nun Türkiyə mətbuatına istinadən məlumatına görə, Ankaranın Güvenpark ərazisindən başlayan yürüşün İstanbulun Maltepe səmtində sona çatacağı bildirilib. Yürüşə minlərlə insan qatılıb. Onlar gündə 18 km məsafə km hərəkət edəcək və aksiya 28 günə başa çatacaq.

Aksiya ilə bağlı açıqlama verən partiya sədri belə deyib: "Öz ölkəmizdə jurnalistlərin həbs olunmasını istəmirik. Ölkəmizdə bərabər sülh içərisində yaşamaq istəyirik. Hazırda diktatura idarəetmə sistemi ilə qarşı-qarşıya qalmışıq. Bıçaq sümüyə dayanıb, artıq bəsdir. Yürüşümüzə bunun üçün başlayırıq. Bu ölkəyə ədalət ya gələcək, ya da gələcək. Ölkəmizin gələcəyi, övladlarımızın gələcəyi üçün hamılıqla mübarizə aparmalıyıq. Bu yürüş mübarək yürüşdür, ədalət istəyən hər kəs bizə dəstək verməlidir. Ədalətin olmadığı ölkədə dövlət də, sülh də, rahatlıq da ola bilməz. Ölkəmizdə demokratiya, azadlıq istəyirik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook