SON XƏBƏR

Türkiyədə azərbaycanlı qadın həbs olundu

May 18
15:30 2017
Türkiyədə iki azyaşlı uşağını döyən azərbaycanlı qadın həbs olunub.
 
"Qafqazinfo” xəbər verir ki, polis İzmirdə yaşayan 28 yaşlı Vüsalə N. adlı qadının uşaqlarını döyməsi ilə bağlı məlumat alıb. Məlumat əsasında qadın və əri saxlanılıb. Müayinə zamanı 4 və 6 yaşlarında olan qız uşaqlarının döyüldüyü təsdiqlənib.
 
Ana həbs olunub, ögey atanın isə günahı olmadığı təsdiqlənib. Qadının fiziki şiddətinə məruz qalan qızlar uşaqlar evinə təhvil verilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook