SON XƏBƏR

Türkiyədə AKP-nin binasına hücum edən terrorçu məhv edildi

Yanvar 23
09:55 2017
İstanbulda Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) ofisi və təhlükəsizlik idarəsinin binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.
 
"Anadolu” agentliyinin verdiyi məlumata görə, İstanbul Terrorla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində terrorçunun Türkiyə
Daxili İşlər Nazirliyinin terrorçular siyahısında yer alan, DHKP/C terror təşkilatının üzvü olan və başına 300 min lirə mükafat qoyulan Bilgehan Karpat olduğu müəyyənləşdirilib.
 
Təkirdağın Muradlı rayonunda olduğu müəyyən edilən terrorçunun yaxalanması üçün əməliyyat keçirilib.
 
Əməliyyat zamanı polisə atəş açan terrorçu ölü olaraq ələ keçirilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook