SON XƏBƏR

Türkiyədə 5 terrorçu zərərsizləşdirildi

Noyabr 15
04:47 2017
Türkiyədə terrorçulara qarşı davam edən əməliyyatda 5 PKK üzvü öldürülüb.
 
Musavat.com-un məlumatına görə, bu barədə Şırnak Valiliyindən açıqlama verilib. Açıqlamada qeyd edilir ki, 2 noyabrdan etibarən başladılan "Şəhid Koray Onay” əməliyyatında bu günə qədər 34 terrorçu məhv edilib.
 
Bu gün isə əməliyyat çərçivəsində 5 terrorçu zərərsizləşdirilib. Onlardan biri Uğur Təpə bölgəsindən açılan top atəşi nəticəsində öldürülüb, 2 terrorçu isə Mehmet Yusuf dağının şimalında hava hərəkatı nəticəsində zərərsizləşdirilib. Daha 2 terrorçu Cudi dağının Anılmış bölgəsində məhv edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook