SON XƏBƏR

Türkiyə XİN-i İsrailin məhkəmə qərarını pisləyib

Mart 22
11:13 2017
Rəsmi Ankara İsrailin Türkiyənin Qəzza sektorunda əməkdaşlıq və koordinasiya agentliyinin (TIKA) nümayəndəliyinin əməkdaşı fələstinli Məhəmməd Murtəcin həbsi barədə qərarı pisləyib.
 
Trend-in Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə XİN-in nümayəndəsi Hüseyn Muftuoğlu deyib.
 
Onun sözlərinə görə, saxlanılanların günahı ədalətli məhkəmə prosesinin yekunlarına görə sübuta yetirilməyənə qədər onlar barəsində günahsızlıq prezumpsiyası prinsipi fəaliyyət göstərir.
 
Türkiyə XİN nümayəndəsi qeyd edib ki, İsrailin instansiyaları Murtəcin saxlanılmasına kimi öz niyyətləri barədə Türkiyə tərəfinə məlumat verməyiblər.
 
"Biz Məhəmməd Murtəcin işi üzrə hadisələrin inkişafını diqqətlə izləyirik. Məsələ ilə bağlı İsrail tərəfindən rəsmi məlumat istənilib. TIKA əməkdaşına mümkün olan bütün hüquqi yardım göstəriləcək", - diplomat vurğulayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook