SON XƏBƏR

“Türkiyə xalqının yanımızda olması və diplomatik dəstək bizi ruhlandırdı” - Hikmət Hacıyev

Fevral 25
11:28 2021
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev dünya müsəlmanlarını təmsil edən, 56 ölkənin üzv olduğu İslam Həmrəyliyi Gənclər Forumunun təşkil etdiyi ‘’Special Edition Talks’’ proqramında qonaq olub.

Bu barədə "Sabah” xəbər yayıb.

Bildirilir ki, 28 illik erməni işğalından sonra Dağlıq Qarabağ zəfərindən danışan Hikmət Hacıyev 44 günlük müharibədə Türkiyənin dəstəyinin Azərbaycan üçün böyük önəm daşıdığını vurğulayıb.

"Türkiyə və Azərbaycan dost ölkələrdir. Biz hər zaman Türkiyənin qardaş ölkə Azərbaycana kömək əli uzatdığını gördük. Ermənistanın etdikləri qarşısında da Türkiyə dəstəkləyici mövqeyini və ədalət tərəfdarı münasibətini göstərib. Türkiyə xalqının 44 gün ərzində Azərbaycan xalqının yanında olduğunu gördük və bu, bizi çox sevindirdi. Həm xalqın yanımızda olması, həm də diplomatik dəstək Azərbaycanı şübhəsiz ruhlandırdı. Bu, müharibədə bizim üçün güc mənbəyi oldu”, - deyə o, bildirib.

Xocalı faciəsi ilə bağlı danışan Hikmət Hacıyev dünyanın bir çox qurum və təşkilatlarının bunu bəşəri cinayət adlandırdığını, Ermənistanın keçmiş prezidentləri Koçaryan və Sarqsyanın insanlığa qarşı bu cinayətdə məsul olduqlarını vurğulayıb:

"Zamanla bu cür hərbi doktrinaların Ermənistan tərəfindən təkrarlandığını gördük. Xatırladım ki, 44 günlük müharibənin ideyası və mahiyyəti də belə idi. Azərbaycanın mülki vətəndaşlarına atılan ağır raketlər və bombalar nəticəsində yüzlərlə insan öldü”.

Prezidentin köməkçisinin sözlərinə görə, əslində Xocalı faciəsindən bəri zehni olaraq çox şey dəyişməyib, hələ də siyasi və hərbi motivlərdə həmin hadisənin mahiyyətinin əks olunduğu müşahidə edilir. O, insanlığa qarşı bu cinayəti törədənlərin məsuliyyətə cəlb olunmasının vacibliyindən də danışıb.

Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Türkiyə ilə Azərbaycanın siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində strateji müttəfiqliyə də toxunub, tarixi İpək Yolu üçün layihələrin böyük əhəmiyyət daşıdığını söyləyib.

Azərbaycanın Türkiyəyə 20 milyard dollarlıq sərmayə yatırdığını bildirən H.Hacıyev "Türkiyə iqtisadiyyatına tam etibar edirik”, - deyə vurğulayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook