Türkiyə vətəndaşları Azərbaycan Prezidentinə yazırlar - “Döyüşlərdə iştirak üçün əmrinizi gözləyirik”
Sentyabr 29
15:38
2020
Məlum olduğu kimi artıq üç gündür cəbhədə gərginlikdir. Düşmənin təxribatlarının qarşısını alan ordumuz əks-hücuma keçib. Ermənistan tərəfi xeyli itki verərək, geri çəkilir.
Bu günlər ərzində ordumuza, ölkə prezidenti, Ali Baş Komandan İlham Əliyevə həm ölkə, həm də xarici vətəndaşlar tərəfindən xeyli müraciətlər olunur. İnsanlar döyüşmək, ordunun yanında olmaq, vətən savaşında hər hansı bir qatqıda bulunmaq istəyirlər.
Musavat.com xəbər verir ki, qardaş Türkiyədən də prezident İlham Əliyevə müraciət edən müxtəlif peşə sahibləri, Azərbaycanın yanında olduqlarını bildirib, öz dəstək ismarıclarını veriblər.
Həmin müraciətlərdən bir neçəsini təqdim edirik:
Allah yar və yardımçınız olsun.
Hörmətlə,
Efe Hüsem Oktay oğlu
Türkiyə Respublikası, Adana şəhəri".
"Hörmətli cənab Prezident.
Azərbaycan Ordusunun düşmənə qarşı lazımi müdafiə tədbirlərini ən yüksək səviyyədə təşkil etdiyini və əks-hücumla ermənilərə sarsıdıcı zərbələr endirdiyini sosial mediadan öyrəndim. Haqsızlığı özünə məslək bilən, qardaş ölkəmin insanlarına qəsd edən, adını belə çəkməyə dilim gəlməyən aciz topluya qarşı təbii ki, gücünüzün yetəcəyini atalarımızdan gələn qandan bilirəm. Ancaq ehtiyac olarsa, qardaş ölkəmin bu mübarizəsində hər zaman yanınızdayam. Türk milləti olaraq birimizə olunan haqsızlıq hamımıza edilən haqsızlıqdır.
Hər zaman qardaş ölkəmin yanında olacağımı bildirir, böyüklərin əllərindən, kiçiklərin gözlərindən öpürəm.
Hörmətlə,
Amanat Aydın Ali oğlu.
Türkiyə Respublikası, İstanbul şəhəri".
"Hörmətli cənab Prezident.
Allah yardımçısınız olsun. Şəhidlərimizə Allahdan rəhmət, yaralılarımıza da qısa zamanda şəfa tapmalarını diləyirəm.
Hörmətlə,
Yazar Suat Muratoğlu.
Türkiyə Respublikası, Ankara şəhəri”.
"Hörmətli cənab Prezident.
Əziz Prezident, mən və ətrafımda olan çoxsaylı insanlar rəhbərliyinizlə qazanılan rəşadətli qələbə sevincini Sizinlə bölüşmək üçün yanınızda olmaqdan şərəf duyarıq.
Azərbaycan bizim ikinci Vətənimizdir.
Sizi öz rəhbərimiz kimi sevir, qərarlarınızı dəstəkləyirik. Hamımızın duaları qələbə qazanmağınız üçündür.
Hörmətlə,
Hakan Yıldız
Türkiyə Respublikası, İstanbul şəhəri”.
"Hörmətli cənab Prezident.
Cənab Ali Baş Komandan, ermənilərə qarşı hərbi əməliyyatların iştirakçısı olmaqdan qürur duyardım. Əmrinizi gözləyirəm.
Hörmətlə,
Özdoğan Məhəmməd Yasin Cəlal oğlu
Satı Levent Casim oğlu
Türkiyə Respublikası, Tekirdağ şəhəri”.
"Hörmətli cənab Prezident.
Tutduğunuz bu haqq yolunda Sizə zəfər arzulayıram.
Hörmətlə,
Babacan Eyüp
Türkiyə Respublikası, Şanlıurfa şəhəri”.