SON XƏBƏR

Türkiyə və Rusiya XİN rəhbərləri Suriya böhranını müzakirə edib

Yanvar 12
15:20 2018
Bu gün Rusiya xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğluna zəng edib.
 
APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, S. Lavrov və M. Çavuşoğlu Suriyanın İdlib vilayətindəki son durumu müzakirə ediblər.
 
Qeyd edək ki, Suriya hərbi təyyarələrinin atəşkəs bölgəsi elan edilən İdlibi bombalaması Türkiyənin etirazına səbəb olub. İdlibdə atəşkəsin təminatçısı olan ölkələr Türkiyə, Rusiya və İrandır. İdlibin bombalanması ilə əlaqədar Rusiya və İran səfirləri Türkiyə Xarici İşər Nazirliyinə çağırılıb, onlardan üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi istənilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook