SON XƏBƏR

Türkiyə və Rusiya nazirləri bu gün Moskvada bir araya gələcək

Aprel 18
11:44 2017
Bu gün Türkiyənin baş nazir müavini Mehmet Şimşekin rəhbərlik etdiyi türk nümayəndə heyəti Moskvaya uçacaq.
 
Avropa.info xəbər verir ki, bu barədə "Anadolu” agentliyi məlumat yayıb. Görüşdə Rusiyanın qəbul etdiyi iqtisadi sanksiyaların götürülməsi müzakirə olunacaq.
 
Nümayəndə heyətinin tərkibində Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi də iştirak edir. Onlar Rusiya baş nazirinin müavini Arkadi Dvorkoviçlə görüşəcək.
 
Tərəflər türk meyvə və tərəvəzinin idxalına qoyulmuş məhdudiyyətlərin götürülməsini, türk şirkətlərinin Rusiyada fəaliyyətini, vizasız rejimi müzakirə edəcəklər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook