SON XƏBƏR

Türkiyə və İran prezidentləri Afrindəki vəziyyəti müzakirə ediblər

Fevral 20
00:34 2018
Bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.
 
APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi xəbərə görə, tərəflər Suriya münaqişəsinin sülh yolu ilə nizamlanması, o cümlədən Afrin bölgəsində aparılan hərbi əməliyyatla bağlı vəziyyəti müzakirə ediblər. Türkiyə prezidenti İranda baş verən təyyarə qəzası ilə bağlı iranlı həmkarına başsağlığı verib.
 
Bundan əvvəl Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 
Qeyd edək ki, yanvarın 21-dən Türkiyə ordusu Afrin bölgəsində PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarına qarşı "Zeytun budağı" əməliyyatına başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook