SON XƏBƏR

Türkiyə və Gürcüstan arasında uçuşlar dayandırılıb

Mart 20
10:57 2020
Bu gündən Türkiyə və Gürcüstan arasında uçuşlar dayandırılıb.

APA-nın Gürcüstan bürosunun xəbərinə görə, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qərar yeni tip koronavirusun (Covid-19) yayılması riski ilə əlaqədardır. Uçuşların dayandırılması daha əvvəl martın 14-ə planlaşdırılsa da, ortaq qərar əsasında bu müddət martın 20-nə qədər uzadılıb.
Qeyd edək ki, iki ölkənin quru sərhədlərində də qarşılıqlı səfərlərə məhdudiyyət tətbiq edilir. Artıq Sarp gömrük keçid məntəqəsində vətəndaşların hərəkəti məhdudlaşdırılıb, Vale və Kartsaxi keçid məntəqələrində isə hərəkət qismən mümkündür. Quru sərhədlərinin bağlanmasının iki ölkə arasında yük daşımalarına şamil edilmədiyi bildirilir



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook