SON XƏBƏR

"Türkiyə və Azərbaycan güclərini birləşdirib" - Cahit Bağcı

May 04
07:35 2021
"Türkiyə və Azərbaycan arasında dünyada bənzəri olmayan və ürəklərə kök atmış müstəsna bir qardaşlığa birlikdə şahid olur və yaşayırıq”.

Qlobal.az xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı deyib.

Onun sözlərinə görə, bu qardaşlıq kökünü ortaq tarix və mədəniyyətdən almaqdadır:

"İki dövlətin prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin "Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları bu qardaşlığı qorumağa içilən and və ikitərəfli əlaqələrin daha da irəliyə daşıma iradəsidir.

Bildiyimiz ki, Azərbaycanın qədim torpağı Qarabağın ermənilər tərəfindən təxminən 30 illik qanlı işğalına 44 gün davam edən Vətən Müharibəsi nəticəsində əldə edilən şanlı bir zəfərlə son verilib.

Bu zəfər qardaşlarımız Azərbaycan xalqı qədər Türkiyədəki vətəndaşlarımızı da sevincə boğub. Türkiyə bu Vətən Müharibəsində qardaşlığın tələbini yerinə yetirərək, Azərbaycanı əsla yalnız qoymadı.

Müharibənin əvvəlindən sonuna qədər qardaşının yanında olmuş və hər cür dəstəyi verərək, dosta və düşmənə birliyin gücünü göstərib.

İnanırıq ki, artıq Qarabağdakı Xarı bülbüllər hər bahar şəhidlərimiz üçün açacaq, onların qoxusunu Qafqaziyanın incisi Qarabağdan bütün türk dünyasına daşıyacaq”.

Səfir qeyd edib ki, Türkiyə və Azərbayvan arasındakı siyasi, iqtisadi, ticari, hərbi, sosial və mədəni əlaqələr və əməkdaşlıqlar geostrateji bir dəyərə və səviyyəyə çatıb.

"Son dövrlər əlaqələrimizdə hər sahədə böyük irəliləyiş qeydə alınıb. İkitərəfli əməkdaşlıqlarımız artıq sadəcə Türkiyə və Azərbaycanın yararına olmağı keçib, regional səviyyədə əməkdaşlıqlara aparan yolu açıb.

Türkiyə-Azərbaycan sahib olduqları bütün imkanlarla güclərini bölgənin təhlükəsizlik və sabitliyinə töhfə vermək məqsədilə birləşdirib”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook