SON XƏBƏR

Türkiyə və ABŞ-ın müdafiə nazirləri ikitərəfli əməkdaşlığı müzakirə ediblər

Aprel 02
08:58 2021
Türkiyənin Milli müdafiə naziri Hulusi Akar Pentaqonun rəhbəri Lloyd Ostinlə telefon danışığı aparıb.

"Report” "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirlyi bildirib.

Türkiyə və ABŞ-ın müdafiə nazirləri regionda təhlükəsizliyi müzakirə ediblər. Tərəflər eyni zamanda müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanlarını da nəzərdən keçiriblər.

"Hulusi Akar və Lloyd Ostin Türkiyə ilə ABŞ arasındakı strateji əlaqələrin əhəmiyyətini qeyd edərək, bütün problemlərin tərəfdaşlıq və müttəfiqlik ruhunda həll olunmasının vacibliyini vurğuladılar. Tərəflər bir daha əməkdaşlığın təşviq edilməsinin və iki ölkənin müdafiə sahəsindəki addımların sıx əlaqələndirilməsinin vacibliyini vurğulayıblar”, - xəbərdə deyilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook