SON XƏBƏR

Türkiyə təyyarəsi Qırğızıstanda qəzaya uğradı- 32 nəfər öldü

Yanvar 16
08:56 2017
Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 32 nəfərə çatıb.

***
08:10
 
"Türkiyə Hava Yolları"na məxsus "Boeing" təyyarəsinin Qırğızıstanın Çuysk vilayətində qəzaya uğraması nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın səhiyyə naziri Talantbek Batıraliyevə istinadən "AKİpress" məlumat yayıb.
 
***
07:13
 
"Turkish Airlines" aviaşirkətinə məxsus "Boeing 747" tipli yük təyyarəsinin Bişkekdə yaşayış evlərinin üzərinə düşməsi nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.
 
"Report" xəbər verir ki, bu barədə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən "Kabar" agentliyi məlumat yayıb.
Məlumata görə, təyyarə təqribən 15 yaşayış evinin üzərinə düşüb. Ölənlər arasında 6-sı uşaq olmaqla 17 yerli sakin, həmçinin 3 heyət üzvü olub.
 
***
"Reuters"in Qırğızıstan hökumətinə istinadən verdiyi xəbərə görə, ölkənin Çuys vilayətində "Boeing 747" tipli yük təyyarəsinin qəzaya uğraması nəticəsində ən azı 16 nəfər ölüb.
 
***
06:41
 
Honkonqdan gələn "Turkish Airlines" aviaşirkətinə məxsus yük təyyarəsi Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.
 
"Report" xəbər verir ki, bu barədə RİA "Novosti"yə Qırğızıstanın Fövqəladə Hallar Nazirliyinin Böhranlı Vəziyyətlərin İdarəolunması İdarəsinin rəisi Məhəmməd Svarov məlumat verib.
 
"Yük təyyarəsi hava şəraitinin pis olması səbəbindən Manas hava limanında eniş edərkən qəzaya uğrayıb. Təyyarənin düşdüyü ərazidə bağ sahəsində yerləşən iki ev yanır", — deyə həmsöhbət bildirib.
 
Qəza Bakı vaxtı ilə 5:31-də baş verib. Hadisə yerinə yanğınsöndürən və xilasedicilər cəlb olunub.
 
Heyət üzvlərinin aqibəti məlum deyil. Svarovun sözlərinə görə, təyyarədə iki pilot və texniki işçilərdən ibarət heyət üzvü olub.
 
Hava limanı işini adi qaydada davam etdirir.
 
TASS təyyarənin İstanbul-Bişkek marşrutu üzrə hərəkət etdiyini yazır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook