SON XƏBƏR

Türkiyə Silahlı Qüvvələri terrorçu PKK-nın iki əsas düşərgəsini məhv edib

Aprel 25
12:22 2017
Türkiyə Silahlı Qüvvələri İraqın Sincar dağı və Suriyanın şimal-şərqində havadan antiterror əməliyyatı keçirib.

"Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Silahlı Qüvvələri Baş Qərargahı məlumat yayıb.

İraqın şimalında yerləşən Sincar dağı və Suriyanın şimal-şərqindəki Karaçok dağında terrorçu PKK qruplaşmasının düşərgələri dağıdılıb.
Həmin bölgələrdən Türkiyəyə terrorçular, silah-sursat ötürülürmüş.

Məlumata görə, əməliyyat aprelin 25-də Bakı vaxtı ilə səhər sat 04-də başlayıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook