SON XƏBƏR

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi amerikalı həmkarı ilə görüşəcək

Yanvar 16
13:41 2018
Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hülusi Akara ABŞ-ın Baş Qərargah rəisi ordu generalı Cozef Danfortdla görüşəcək.
 
"Report” TRT-yə istinadən xəbər verir ki, görüş bu gün Brüseldə NATO-nun mənzil qərargahında olacaq.
 
Generalların Suriyadakı vəziyyəti, Türkiyə Silahlı Qüvvələrinin Afrin bölgəsində keçirəcəyi antiterror əməliyyatlarını müzakirə edəcəkləri gözlənilir.
 
Məlumata görə, Hülusi Akar yanvarın 15-də ABŞ-ın Avropadakı Hərbi Qüvvələrinin komandanı ordu generalı Kurtis M.Skaparotti ilə görüşüb.
 
Xatırladaq ki, yanvaın 16-da Belçikanın paytaxtı Brüsseldə NATO-ya üzv dövlətlərin Baş Qərargah rəislərinin toplantısı keçiriləcək.
 
ABŞ terrorçu PKK-nın Suriyadakı qolları PYD və YPG-dən ibarət 30 minlik "qoşun” qurmaq niyyətindədir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook