SON XƏBƏR

Türkiyə səfiri Erkan Özoral: “Sərhədlərimizdə hər hansı bir terrorist dövlətin qurulmasına izn vermirik”

İyul 25
09:55 2017
"Suriya məsələsində hansısa dövlətlə bir ortaqlığımız yoxdur. Suriya məsələsində bizim düşüncəmiz açıqdır. Türkiyə Suriyada demokratik, adil bir rejim istəyir”.
Bu barədə "Yeni Müsavat”a açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib.

Onun sözlərinə görə, Türkiyə insanların zülm görmədiyi bir Suriya istəyir, eyni zamanda sərhədlərinin isə yanında hər hansı bir terrorist dövlətin qurulmasına, hər hansı terrorist birliklərin olmasına izn vermir, izn vermək fikrində deyil: "Bizim siyasətimiz bundan ibarətdir. Bu siyasətimizi yürüdərkən bizim yanımızda olanlar ola bilər, bizdən uzaq duranlar ola bilər. Amma biz bunu arzu edən hər kəslə əməkdaşlıq edirik”.

Hazırda Suriyada eyni anda birdən artıq savaşın davam etdiyini vurğulayan səfir bildirdi ki, bir yandan İŞİD-lə mübarizə gedir, bir yandan Türkiyənin PKK ilə mübarizəsi Suriyaya gedib çıxır, bir tərəfdən Suriyada müxalif qüvvələrlə rejim arasında mücadilə gedir: "Dünyanın ən pis savaşları iç savaşlardır, qardaşın qardaşı öldürdüyü savaşlardır. Ona görə də bu savaşlarda ”o onun yanında yer alır, bu onun yanında yer alır" deyə qalın xətlər çəkmək mümkün deyil. Çünki tərəflər hər gün dəyişir. Ona görə də burada önəmli olan sizin öz prinsiplərinizdir. Türkiyənin də öz prinsipləri var. Biz Suriya xalqının, bütün tərəflərin qəbul edəcəyi demokratik, adil bir idarəetmə istəyirik. Bundan başqa, sərhədlərimizin yanında terrorçu hörkütlərin yuvalanmasını, fəaliyyət içində olmasını istəmirik".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook