SON XƏBƏR

Türkiyə Rusiyadan “S-400”lə qorunacaq - Ərdoğandan açıqlama

Mart 06
16:44 2020
"Aprel ayından etibarən "S-400” zenit-raket kompleksi işə salınacaq”.

"Report” "Habe7”yə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüşdən qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

"Rusiya keçmişdə həssas məsələlərdə verdiyi sözü yerinə yetirməyib, öhdəliklərinə əməl etməyib. Buna oxşar vəziyyət Liviyadan Suriyayadək olan bir ərazidə Türkiyənin təhlükəsizliyi yenə təhdid oluna bilərmi” sualına cavabında R.T.Ərdoğan deyib: "S-400” artıq bizim malımızdı. Onun bütün hissələri əlimizdədir. Apreldən artıq fəaliyyətə başlayacaq. Ancaq amerikalı məsul şəxslərə yenə söyləyirəm: "Əgərə bizə "Patriot” versəniz, sizdən də "Patriot” alarıq”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook