SON XƏBƏR

Türkiyə-Rusiya Mərkəzinin yaradılmasına dair razılaşma imzalandı

Dekabr 01
11:50 2020
Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə əsaslarına dair texniki detallarla bağlı danışıqlar tamamlanaraq razılaşma imzalanıb. Mərkəzin ən qısa müddətdə fəaliyyətə başlaması üçün lazımi işlər gedir.

Qlobal.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, Azərbaycan ilə Ermənistan arasındakı atəşkəsin tətbiq olunmasını müşahidə və təftiş etmək məqsədilə noyabrın 11-də Türkiyə milli müdafiə naziri Hulusi Akar və Rusiya müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans vasitəsilə ilkin anlaşma imzalanmışdı.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook