SON XƏBƏR

Türkiyə “Rosatom“a “Akkuyu“ AES-in tikintisi üçün lisenziya verdi

Aprel 03
10:12 2018
Türkiyə hökuməti Rusiyanın "Rosatom" şirkətinə "Akkuyu" AES-in birinci blokunun inşası üçün lisenziya verib

Virtualaz.org "Anadolu"ya istinadən bildirir ki, lisenziya Türkiyə Atom Enerjisi Agentliyi tərəfindən verilib.

Qeyd olunur ki, "Rosatom”un həyata keçirəcəyi layihənin bütün tələblərə cavab verdiyi təsdiqlənib.

Məlumata əsasən, "Akkuyu” Atom Elektrik Stansiyasının təməlqoyma mərasimi aprelin 3-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putinin iştirakı ilə keçiriləcək.

Qeyd edək ki, "Akkuyu" AES 4 enerji blokunun tikintisini nəzərdə tutur. Hər blokun gücü 1200 MVt təşkil edəcək.

Layihənin dəyəri 20 milyard dollar təşkil edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook