SON XƏBƏR

Türkiyə rəsmisi: “BTQ regionun taleyini dəyişəcək”

Mart 27
14:21 2018
"Dünya Bankının (WB), Beynəlxalq Valyuta Fondunun (IMF), ABŞ-ın və bütün qlobal güclərin yaratdığı maneələrə baxmayaraq Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti fəaliyyətə başladı”.
 
"Report” xəbər verir ki, bunu Türkiyə Barolar Birliyinin (TBB) rəhbəri Metin Feyzioğlu deyib.
 
"Report"un suallarını cavablandıran Türkiyə rəsmisi həmçinin bunları bildirib: "BTQ Çinin "bir kəmər, bir yol" layihəsi çərçivəsində irəli sürüldü. Çünki Çinin bu layihəsi Azərbaycan, Gürcüstan və Türkiyədən keçmir. Amma bu ölkənin Avropaya göndərəcəyi məhsullar üçün ən qısa yol budur”.
 
Onun sözlərinə görə, BTQ regionun taleyini dəyişəcək: "Bizim "Dəmir ipək yolu" adlandırdığımız bu dəmir yolu xətti Çinin ixracının 20%-ni daşıyacaq. Bu layihəni hüquqşünaslar sərmayəyə çevirməlidirlər. Hüquqşünasın uğurlu olmadığı yerdə yatırım olmaz. Deməli biz bu xəttin keçdiyi, mal və xidmətlər daşıdığı hər yerdə xidmət göstərəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook