“Türkiyə Qarabağda başlamış münaqişəyə müdaxil etmir” – Ceyhun Bayramov erməni iddialarını yalanladı
Sentyabr 29
11:49
2020
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov "Sputnik”-ə açıqlamasında Türkiyənin Dağlıq Qarabağda başlamılş münaqişəyə heç bir müdaxilə etmədiyini bildirib. Ermənistan bölgədəki münaqişələrə dolayı yolla təsir etdiyini iddia etdi.
Ermənistanın ittihamlarına cavab olaraq verdiyi açıqlamada C. Bayramov bildirib ki, Türkiyənin heç bir müdaxiləsi baş verməyib: "Əgər Azərbaycanla Türkiyə arasındakı hərbi-texniki əməkdaşlığa istinad edilirsə, Azərbaycan bu sahədə bir neçə ölkə ilə, o cümlədən Rusiya ilə də əməkdaşlıq edir. Bu gün Azərbaycan ordusunun istifadə etdiyi silahların çoxu Rusiyada istehsal olunur”.