SON XƏBƏR

Türkiyə ordusunun daha 243 hərbçisinin həbsinə sanksiya verilib

Yanvar 18
12:08 2017
İstanbul Prokurorluğu Türkiyə Silahlı Qüvvələrinin daha 243 əməkdaşı barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün sanksiya verib.  

"Report” "Sabah" qəzetinə istinadən istinadən xəbər verir ki, onlar Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə əlaqdə şübhəli bilinirlər.

Həbs olunan hərbçilərdən 8-i polkovnik, 2-i isə polkovnik-leytenantdır. Onlar "ByLosk” kompüter proqarmının istifadəçiləri olublar.

Qəzetin yazdığına görə, bir müddət əvvəl Türkiyə Silahlı Qüvvələrinin daha 330 əməkdaşı "ByLock” proqramının istifadəçisi olmaqda şübhəli bilinərək həbs edilib.

Məlumata görə, FETÖ-çular bu proqramdan istifadə edərək fəaliyyətlərini əlaqələndirirmişlər. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook