SON XƏBƏR

Türkiyə ordusu Raco qəsəbəsini ələ keçirdi

Mart 03
13:10 2018
Türkiyə Silahlı Qüvvələri (TSQ) və Azad Suriya Ordusu (ASO) Afrində strateji əhəmiyyətli Raco qəsəbəsini ələ keçirib. 

Qaynarinfo xəbər verir ki, Raconun mərkəzinə girən ordu qüvvələri bölgəni böyük ölçüdə nəzarətə götürüb. Racoda səhər saatlarında YPG/PKK-İŞİD terrorçularına qarşı başlayan əməliyyat hələ də davam edir. 

TSQ və ASO qüvvələri qəsəbəni böyük ölçüdə nəzarətə götürüb, bəzi ərazilərdə dirənməyə davam edən terrorçuların zərərsizləşdirilməsi üçün atışmalar davam etdirilir.

Qeyd edək ki, TSQ və ASO Afrində indiyədək 123 yaşayış məntəqəsi, dağ və təpəni terrorçulardan azad edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook