SON XƏBƏR

Türkiyə ordusu Afrində yaşayış məntəqəsini mühasirəyə alıb

Mart 06
11:29 2018
Türkiyə Silahlı Qüvvələri (SQ) Suriyanın Afrin bölgəsində Cinderes qəsəbəsini əhatəyə alıb. Bu barədə Türkiyə KİV-ləri hərbi mənbələrə istinadən yazır.
 
Yaxın vaxtlarda bu strateji qəsəbənin Türkiyə SQ və "Azad Suriya Ordusu"nun nəzarəti altına keçəcəyi gözlənilir.
 
Qeyd edək ki, ötən gün Türkiyə Ordusu Cinderesin azad olunması üçün hərəkətə keçib.
 
Xatırladaq ki, yanvarın 20-də Türkiyə Silahlı Qüvvələri Suriyanın Afrin bölgəsində PYD və YPG terrorçularına qarşı əməliyyata başlayıb. "Zeytun budağı" adı altında keçirilən əməliyyatlara Türkiyə Hərbi Hava Qüvvələrinin "F-16" təyyarələri də cəlb olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook