SON XƏBƏR

Türkiyə Fətullah Gülənin ekstradisiyası üçün ABŞ-a rəsmi müraciət edəcək

İyul 18
23:39 2016
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Türkiyə yaxın zamanda müxalif siyasətçi, nurçuların lideri Fətullah Gülənin ABŞ-dan ekstradisiyası üçün rəsmi müraciət ünvanlayacaq. Bu məlumatı «Milliyet» yayıb.
 
Ərdoğan həmçinin cümə günü baş tutmamış hərbi çevrilişdən sonra həbs edilmiş şəxslərə ölüm hökmünün çıxarılması ehtimalını istisna etməyib.
 
Bundan öncə Ağ Evin rəsdmi nümayəndəsi Coş Ernest bildirmişdi ki, Ankara Gülənin ekstradisiyası üçün müraciət edərsə, Vaşinqton bu müraciətə ekstradisiya haqqında ikitərəfli müqaviləyə uyğun şəkildə baxacaq.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook