SON XƏBƏR

Türkiyə Dövlət Şurası CHP-nin şikayətini rədd edib

Aprel 25
15:15 2017
Türkiyə Dövlət Şurası ölkənin aparıcı müxalifət partiyası CHP-nin referendumla bağlı müraciətini rədd edib.

SalamNews-un "Anadolu” agentliyinə istinadla verdiyi xəbərə görə, şura CHP-nin şikayətini icraata almayıb.

Qeyd edək ki, Cümhuriyyət Xalq Partiyası (CHP), HDP və Vətən Partiyası Konstitusiya dəyişikliyi ilə əlaqədar keçirilmiş referendumun nəticələrinin ləğvi üçün Ali Seçki Komissiyasına müraciət etmişdilər.

Şikayət rədd edildikdən sonra CHP Dövlət Şurasına müraciət etmişdi. Bundan sonra CHP-nin Konstitusiya və Avropa İnsan Haqları Məhkəməsinə müraciət etməsi gözlənilir. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook