SON XƏBƏR

Türkiyə, Azərbaycan və Gürcüstan sabahdan hərbi təlimlərə başlayır

İyun 04
07:17 2017
Azərbaycan, Gürcüstan və Türkiyə arasında birgə hərbi təlimlər keçiriləcək.
 
Modern.az xəbər verir ki, hərbi təlimlər iyunun 4-14-dək Gürcüstanda baş tutacaq.
 
"Qafqaz qartalı” adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edəcək.
 
Təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
 
Qeyd edək ki, bu formatda təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook