SON XƏBƏR

Türkiyə Almaniyada məscidə qarşı hörmətsizliyi kəskin pisləyib

Oktyabr 02
11:09 2018
Türkiyənin Xarici İşlər Nazirliyi Almaniyanın Şimali Ren vilayətində yerləşən Gladbeck şəhərində fəaliyyət göstərən məscidə qarşı təhqiramiz hərəkətə kəskin etirazını ifadə edib.

Açıqlamada Türkiyənin Alanya şəhəri ilə qardaşlaşmış şəhər olan Gladbeckda belə bir hərəkətin törədilməsindən təəssüf hissi ifadə olunur. Bildirilir ki, iki şəhər arasında ötən 25 ildə geniş əlaqələr qurulub. Son illər irqçi qüvvələr tərəfindən Almaniyada fəaliyyət göstərən məscidlərə qarşı törədilən ədəbsiz hərəkətlərin artmasından narahatlıq ifadə olunur.

Dini İşləri üzrə Türk İslam Birliyi təşkilatının məlumatına görə, oktyabrın 1-də Almaniya vaxtı ilə saat 03:00 radələrində sözügedən məscidin divarına və qapısının şüşəsinə xaç işarəsi çəkilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook