SON XƏBƏR

Türkiyə Afrində quru əməliyyatlarına başladı

Yanvar 22
00:18 2018
Türkiyə Silahlı Qüvvələri Afrində yerüstü əməliyyatlara başlayıb.
 
Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bursada keçirdiyi görüş zamanı bildirib.
 
Ərdoğan deyib: "İnşallah, bu əməliyyatı çox qısa müddətdə tamamlayacağıq".
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri dünən axşam saatlarında Suriyanın şimal-qərbində yerləşən Afrin bölgəsində "Zeytun budağı” adlı əməliyyata başlayıb.
 
Əməliyyatın məqsədi Türkiyənin Suriya ilə sərhədində və bölgədə təhlükəsizliyi təmin etmək, PKK/KCK/PYD-YPG və İŞİD qruplaşmalarına mənsub terrorçuları zərərsizləşdirməkdir. Əməliyyatı Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi Hulusi Akar idarə edir.(Azərtac)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook