SON XƏBƏR

Türk ordusu Afrinə girmək istəyən terrorçuların 40 avtomobilini vurdu - VİDEO

Fevral 23
12:43 2018
Türkiyə ordusu Afrinə silah-sursat daşyan 30-40 avtomobildən ibarət maşın karvanını vurub.
 
"Report” TRT-yə istinadən xəbər verir ki, bu barədə Türkiyə Silah Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
 
"PKK/PYD-YPG və İŞİD terror qruplaşmalarına aid 30-40 avtomobildən ibarət karvanın Afrinin cənub-şərqindən şəhərə yaxınlaşdığı təsbit edilib. Karvan bu terrorçu qruplaşmalara silah-sursat daşıyırmış. 15 km məsafədə yerləşən karvan vurulub. Atəş nəticəsində mülki sakinlərə zərər dəyiməyib”, - Baş Qərargahın açıqlmasında vurğulanıb.
 
Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələri Azad Suriya Ordusu ilə birlikdə yanvarın 20-də Afrində "Zeytun budağı” adlı əməliyyata başlayıb. Əməliyyat nəticəsində 1873 terrorçu məhv edilib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook