SON XƏBƏR

Türk lirəsindən Atatürkün şəkli çıxarılacaq? FOTO

Fevral 22
16:42 2017
Türkiyə baş nazirinin müavini Mehmet Şimşək metal pullardan Atatürkün şəklinin çıxarılması barədə iddialara cavab verib.
 
Missiya.Az yerli mətbuata istinadən xəbər verir ki, Mehmet Şimşək belə bir şey olmadığını, bu barədə heç söhbət açıla bilməyəcəyini deyib.
 
"Onlar məhdud sayda zərb edilmiş xatirə pullarıdır. Ölkəmizin xilaskarı, qurucusu və hamımız üçün böyük lider olan Atatürkün portretinin metal pullardan çıxarılması barədə əsa və əsla söhbət gedə bilməz. Xatirə pulları məhdud bir istisnadır." - deyə Şimşək bildirib.
 
Qeyd edək ki, ötən il iyulun 15-də baş vermiş uğursuz hərbi dövlət çevrilişi cəhdindən sonra həmin hadisə vaxtı dünyasını dəyişənlərin (15 temmuz şəhidləri) xatirəsinə metal pul buraxılıb.
 
Türkiyə zərbxanasının zərb etdiyi pullar 1 və 20 lirədir. 1 lirəlik pulun nominal dəyəri də 1 lirədir (təxminən 0.48 azn) və gündəlik istifadə üçün 80 milyon ədəd buraxılıb.
 
Digər 20 lirəlik pul isə gümüşdən olacaq və ədədi 100 lirəyə (48 azn) satılacaq. Daha çox kolleksiyaçılar üçün nəzərdə tutlan bu puldan sadəcə 5 min ədəd zərb ediləcək.
 
Həmin pullarda Atatürkün portretinin olmaması narahatlıqla qarşılanıb və ölkədə, "metal pullardan Atatürkün şəkli çıxarılacaq" söz-söhbətinə səbəb olub. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook