SON XƏBƏR

«Turan»ın bank hesabları açıldı

Sentyabr 18
15:56 2017
Vergilər Nazirliyi "Turan” İnformasiya Agentliyinin (İA) bank hesablarını açıb. "Qaynarinfo" xəbər verir ki, bu barədə "Turan” özü məlumat yayıb.

Agentliyə qarşı qaldırılmış cinayət işinə xitam verilib-verilmədiyi isə hələ dəqiq məlum deyil.
 
Qeyd edək ki, sentyabrın 16-da Vergilər Nazirliyinin Bakı şəhər Lokal Vergilər Departamenti 2014-2016-cı illər üzrə "Turan” İnformasiya Agentliyinə təyin etdiyi 37 min manat məbləğində əlavə vergi sanksiyasını ləğv edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook