SON XƏBƏR

Trampın nümayəndələri Şimali Koreyaya gəlib – ABŞ prezidenti “Kim Çen In mənimlə razıdır” yazdı

May 29
00:10 2018
ABŞ prezidenti Donald Tramp deyib ki, Şimali Koreyanın "parlaq potensial”ını görür. O, Birləşmiş Ştatlardan bir qrupun "sammit hazırlıqları” üçün Pxenyana getdiyini də təsdiqləyib.

Tramp bu haqda mayın 27-də Twitter-də yazıb. O, Şimali Koreya lideri Kim Çen Inla potensial sammit barədə nikbinliyini bir daha dilə gətirib. Cəmi bir neçə gün öncə prezident planlaşdırılan görüşü ertələmişdi. "Şimali Koreyanın parlaq potensialına, bir gün böyük iqtisadi və maliyyə dövlətinə çevriləcəyinə həqiqətən inanıram. Kim Çen In bu mövzuda mənimlə razıdır. Bu baş verəcək!” – Tramp yazıb.

"Birləşmiş Ştatlardan komandamız Kim Çen Inla sammit üçün Şimali Koreyaya hazırlıqlar aparmağa gedib”, – Tramp yazıb. Bundan öncə də ABŞ Dövlət Departamenti bəyanat yayaraq "ABŞ nümayəndə heyətinin Şimali Koreya rəsmiləri ilə danışıqlar aparmasını”, bunun Panmunjom sərhəd kəndində baş verdiyini təsdiqləyib.

Medianın yazmasına görə, nümayəndə heyətinə Birləşmiş Ştatların Cənubi Koreyadakı səfiri Sung Kim rəhbərlik edir. Bir gün öncə Trump iyunun 12-də Sinqapurda keçirilməsi planlaşdırılan sammitə hazırlıqların davam etdiyini bildirmişdi. (Azadlıq Radiosu)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook