SON XƏBƏR

Trampın müşaviri Rusiyadan pul alırmış - İddia

Aprel 29
10:37 2017
ABŞ Prezidenti Donald Trampın keçmiş milli təhlükəsizlik müşaviri Maykl Flin Rusiya televiziyasından pul alıb.
 
Axar.az xəbər verir ki, bu iddia ilə ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hökumət İslahatları komitəsi məlumat yayıb.
 
İddialara görə, Maykl Flin 2014-cü ildə Rusiyanın RT kanalından pul alıb. Məlumatda bildirilir ki, buna görə Pentaqon Flinə xəbərdarlıq edib.
 
Komitənin sədri Ceysn Şaffetz Flinin Rusiya televiziyasından aldığı pulun məbləğini açıqlamaqdan imtina edib. O, bununla qanunları pozmuş olacağını bildirib.
 
Ağ Evin sözçüsü Şon Spayser isə bunda keçmiş ABŞ Prezidenti Barak Obama rəhbərliyini günahlandırıb:
 
"Bu mövzunun Müdafiə Nazirliyi tərəfindən araşdırılması uğurlu olar. Günahkar Barak Obama dövründəki rəhbərlikdir. Çünki Flin vaxtilə onların təhlükəsizlik yoxlamasından keçib”.
 
Xatırladaq ki, ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flin Rusiya ilə şübhəli əlaqələrinin ortaya çıxmasından sonra istefaya göndərilmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook