SON XƏBƏR

Trampın andiçməsində Azərbaycanı kim təmsil edəcək?

Yanvar 11
11:20 2017
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində Azərbaycanın bu ölkədəki səfiri Elin Süleymanovun iştirakı gözlənilir.
 
Bu barədə azvision.az-a açıqlamasında Azərbaycanın ABŞ-dakı səfirliyinin ikinci katibi Azad Aslanov bildirib.
 
Onun sözlərinə görə, ABŞ-ın protokol qaydalarına və təşəkkül tapmış təcrübəyə əsasən adətən ABŞ prezidentlərinin andiçmə mərasimlərində xarici dövlətlər
Vaşinqtonda akkreditasiya olunmuş diplomatik missiyaların rəhbərləri səviyyəsində təmsil olunurlar. Bu səbəbdən, göstərilən qaydalara uyğun olaraq ABŞ-ın yeni prezidenti seçilmiş Donald Trampın andiçmə mərasimlərində səfirliyin iştirakı gözlənilir.
 
Qeyd edək ki, ötən ilin noyabrın 8-də ABŞ-də keçirilən seçkilərdə Donald Tramp rəqibi Hillari Klintona qalib gələrək ölkənin yeni prezidenti seçilib.
 
Donald Trampın inaqurasiya mərasimi yanvar ayının 20-də keçiriləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook