SON XƏBƏR

Trampa etiraz edən Hollivud ulduzu həbs edildi

Yanvar 26
15:40 2017
Amerikalı tanınmış aktyor Şaya LaBaf Nyu-Yorkda prezident Donald Trampa qarşı keçirilən aksiya zamanı həbs olunub.

30 yaşlı aktyor Trampın inauqurasiyasından sonra "O bizi ayıra bilməyəcək" adlı kampaniyaya başlayıb. Aktyor Kuins şəhərində etiraz edərkən tutulub. 

Nyu-York polis departamentinin məlumatına görə, polislər yanvarın 23-də ərazidə xidmət apararkən naməlum şəxs kamera qarşısında danışmağa başlayıb. Bu, LaBafın xoşuna gəlməyib və tərəflər arasında qarşıdurma yaşanıb. 

Nəticədə aktyor həbs olunub. Hazırda onun tərəfdarları aksiyanı davam etdirirlər. 

Qeyd edək ki, daha əvvəl Ancelina Colinin atası Con Voyt Trampa etiraz etdiyinə görə Mayli Sayrus və Şaya LaBafı dövlətə xəyanətdə ittiham etmişdi.(azvision.az)



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook