SON XƏBƏR

Tramp özü qazdığı quyuya düşür, ABŞ-da iqtisadi böhran başlayır

Avqust 24
08:15 2018
ABŞ Mərkəzi Bankı (FED) ölkədə ticarət böhranı ilə bağlı xəbərdarlıq edib.

Qlobal.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, FED Federal Açıq Bazar komitəsinin (FOMC) 31 iyul - 1 avqustda həyata keçirilən son iclasıyla bağlı protokolları yayımlayıb.

Protokollarda FED səlahiyyətlilərinin Amerika iqtisadiyyatına və valyuta siyasətinə istiqamətlənmiş şərhlərinə də yer verilib. Sənəddə "Ticarət siyasəti, iqtisadi artım üzərində əhəmiyyətli mənfi təsiri olan istiqamətdə yönələ bilər" xəbərdarlığı da yer alıb.

Qeyd edək ki, ABŞ və Çin arasında ticari gərginliklər səbəbilə xüsusilə valyuta bazarlarında diqqət çəkəcək hərəkətlilik müşahidə edilir. Bu, FED-in protokollarında da yer alıb.

Protokollarda Çin valyutası olan yuanın dəyər itirdiyi də qeyd edilib. Bundan əlavə, o da vurğulanır ki, ABŞ hökumətinin ticarət siyasəti səbəbilə ölkənin bəzi bölgələrində qeyri müəyyən şəkildə investitsiya xərclərində azalma və gecikmə müşahidə edilir. Eyni zamanda bildirilir ki, bir çox iş sahibləri ticarət gərginliyinin artması durumunda investisiya xərclərini və işə qəbulu azaldacaq.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook