SON XƏBƏR

Tramp: “Türkiyəyə sanksiya tətbiq etməyi düşünmürəm”

İyul 19
02:25 2019
ABŞ prezidenti Donald Trampdan Türkiyəyə yönəlik açıqlama yayımlanıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, ABŞ prezidenti S-400 zenit raket kompleksinin (ZRK) Türkiyəyə gətirilməsi mövzusunda bu ölkəyə sanksiya tətbiq etməyi düşünmdəiyini ifadə edib: "Hazırda sanksiya haqqında düşünmürəm”.

Qeyd edək ki, Rusiyadan alınan S-400 ZRK-nın Türkiyəyə təhvil verilməsinə başlanılıb. Türkiyənin bu addımı ABŞ-ın ciddi narazılığına səbəb olub.

Bundan başqa, Ağ Evin mətbuat katibi Stefani Qrişem bildirib ki, Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksi alması Ankaraya yeni ABŞ hərbi təyyarələri olan beşinci nəsil F-35-lərin çatdırılması ilə uyğun gəlmir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook