SON XƏBƏR

Tramp: "Şimali Koreya ilə danışıqlar çox uğurlu olacaq"

Mart 11
14:49 2018
ABŞ prezidenti Donald Tramp KXDR lideri Kim Çen Inlə danışıqlarda "böyük uğur” əldə edəcəyində əmin olduğunu bildirib.
 
Trend-in verdiyi xəbərə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin yaydığı məlumatda deyilir.
 
"Hesab edirəm ki, bizi böyük uğur gözləyir”,-deyə Tramp bildirib.
 
Daha öncə Donald Tramp Şimali Koreyanın sülh arzuladığını bəyan edib.
 
Xatırladaq ki, martın 9-da Cənubi Koreyanın nümayəndəsi Trampın Kim Çen Inlə 2018-ci ilin may ayınadək görüş keçirməyə razılıq verdiyini bildirib.
 
Sonradan Ağ Ev məlumatı təsdiq edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook