SON XƏBƏR

Tramp Qarabağdakı vəziyyət haqda: "Görək, bunu dayandıra bilərikmi..."

Sentyabr 28
08:39 2020
ABŞ hakimiyyəti Dağlıq Qarabağdakı vəziyyəti diqqətlə müşahidə edir və baş verənlərin qarşısını alıb-ala bilməyəcəyini nəzərdən keçirir.

"Report" xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

"Biz bunu çox diqqətlə izləyirik. Bu (hərbi əməliyyatlar - red), yenicə baş verdi, mənə bu barədə məlumdur. Bizim bu regionda çox yaxşı əlaqələrimiz var. Görək, bunu dayandıra bilərikmi", - Vaşinqton administrasiyasının başçısı deyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook