SON XƏBƏR

Tramp Pxenyana "gözdağı" vermək istəyir - ABŞ prezidenti Cənubi Koreyaya səfər edəcək

Oktyabr 17
13:10 2017
ABŞ Prezidenti Donald Tramp noyabr ayının 7-8-i Cənubi Koreyaya səfər edəcək.

Trend-in məlumatına görə, əvvəlcə D.Trampın səfərinin noyabrın 6-ı başlaması planlaşdırılsa da, Seul həmin gün ABŞ prezidentini "lazımi diplomatik protokol”la təmin edə bilməyəcəyini bildirib.

Mütəxəssislərin fikrincə, səfər zamanı D.Tramp cənubi koreyalı həmkarı Mun Çje İnlə ikitərəfli siyasi və iqtisadi münasibətləri, eləcə də Şimali Koreya məsələsini müzakirə edəcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook